Şəhid İsa Məhərrəmovun anım günüdür

19 oktyabr II Qarabağ döyüşlərində şəhid olmuş məktəbin məzunu İsa Məhərrəmovun şəhidlik zirvəsinə ucaldığı gündür. Ona görə də məktəbin müəllim və şagird kollektivi öncə şəhid İsa Məhərrəmovun məktəbdəki xatirə guşəsində tədbir keçirmiş, sonra isə məzarını ziyarət etmək üçün II Fəxri xiyabanda olmuşlar. Anım günündə məktəbin direktoru Qabil Nəsibov İsa Məhərrəmovun qəhramanlığından ziyarətdə iştirak edənlərə məlumat vermiş və şəhidin valideynlərinə başsağlığı vermişdir. Şəhid məzarına qərənfillər qoyulmuş və dualar oxunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi