"Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

Pedaqoji heyətin iştirakı ilə məktəbin kitabxanasında karantin rejimi qaydalarına əməl etməklə  Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri açıq elan edən məktəbin direktoru Qabil Nəsibov xalqımızın milli istiqlal mübarizəsindən danışaraq bildirib ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlandı. Müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçdi. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edildi, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu. Tədbirdə çıxış edənlər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən, hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti-abadlıq işlərindən ətraflı danışdılar və dövlət müstəqilliyimizin getdikcə daha da möhkəmləndiyini xüsusi vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi