Şəhid Yusif Nəcəfovun anım günü

 

14 oktyabr II Qarabağ döyüşlərində şəhid olmuş məktəbin məzunu Yusif Nəcəfovun həm doğum günü, həm də şəhidlik zirvəsinə ucaldığı gündür. Ona görə də məktəbin müəllim və şagird kollektivi öncə  şəhid Yusif Nəcəfovun məktəbdəki xatirə guşəsində tədbir keçirmiş, sonra isə məzarını ziyarət etməyi özlərinə borc bilərək II Fəxri xiyabanda olmuşlar. Anım günündə məktəbin direktoru Qabil Nəsibov Yusif Nəcəfovun qəhramanlığından ziyarətdə iştirak edənlərə məlumat vermiş və şəhidin valideynlərinə başsağlığı vermişdir. Şəhid məzarına qərənfillər qoyulmuş və dualar oxunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi