Məktəbdə Son zəng keçirildi.

Bu gün Məktəbdə “Son zəng” saat 1000 da başladı. Sözü məktəbin direktoru Ələsgərova Elmira müəllimə açdı. Dövlət Himni çalındı və Dövlət bayrağı qaldırıldı. Sonra 11a , 11b,11c sinifləri hazırladıqları şeir və mahnıları ilə çıxış etdilər.Direktor müavinləri Ağamirova Nüşabə, Məmmədova Aydan, Həsənova Lətafət çıxış edib 11-ciləri təbrik etdilər.Məktəbin simvolik açarı meydana daxiloldu, sonra 11-cilər açarı 1-ci lərə təhvil verdilər. Son Zəng çalındı11-cilər mahnı oxuya-oxuya məktəbi tərk etdilər.