27 SENTYABR - ANIM GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

Tədbir BŞTİ-nin və məktəbin Tədbirlər Planına uyğun olaraq təşkil olundu,  ibtidai siniflərdə bu günə həsr olunan dərslər keçirildi. Tədbirdə Vətən Müharibəsində şəhid olan 52 nömrəli tam orta məktəbin 3 məzununun ailə üzvləri, "N" saylı korpusun qərargah rəisi, qazi – Məhərrəm Həmidov və məktəbin müəllim, şagird heyəti iştirak etdi. Tədbir şagirdlərin Anım Gününə həsr etdikləri rəsm işlərinə baxışla başlandı, məktəbin foyesindəki I və II Qarabağ müharibəsində şəhid olan məktəbin məzunlarının büstlərinin önünə gül dəstələri qoyularaq onların xatirəsi anıldı. Tədbir akt zalında davam etdirildi. Tədbiri məktəbin direktoru Qabil Nəsibov açıq elan etdi, Dövlət Himni səsləndi, şəhidlərin ruhu bir dəqəqəlik sükutla yad edildi. "N" saylı korpusun qərargah rəisi, qazi – Məhərrəm Həmidov və şəhid Yusif Nəcəfovun baçısı məktəbin 7-ci sinif şagirdi Lətifə Nəcəfova, direktor müavinləri Nüşabə Ağamirova, Lətafət Həsənova və məktəbin tarix müəllimi Ramiz Nəcəfli tədbir iştirakçıları qarşısında çıxış etdilər. Sonda məktəbin 4b sinif şagirdləri "Şəhidlər ölmür" adlı kompazisiya təqdim etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi