İlk dərs günü

22 sentyabr 2021-ci ildə I-IV siniflər həftədə 5 gün olmaqla ənənəvi tədrisə başladı. Tədbir məktəbin həyətində 1-ci sinif şagirdləri ilə açıq havada sosial məsafə gözlənilməklə keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni və Azərbaycan Respublikasının suverenliyi, ərazı bütövlüyü, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən müharibədə şəhid olmuş Vətən oğulları və qızlarının ruhunun bir qəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə 1-ciləri "Zəfər ili" münasibətilə təbrik edən məktəb direktoru qalib ölkənin şagirdlərinə təhsildə uğurlar arzuladı. Bütün siniflərdə ilk dərslər" Qarabağ Azərbaycandır" mövzusuna həsr edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi