Nizami Gəncəviyə həsr olunmuş poeziya gecələri

2021 – ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Bu münasibətlə ölkəmizin hər yerində “Nizami günləri” təşkil olunur. Bizim məktəbimizdə də bu mövzuda bir sıra tədbirlər keçirilir.