“Hikmət Xəzinəsi” adlı açıq dərs

2021 – ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Bu münasibətlə ölkəmizin hər yerində “Nizami günləri” təşkil olunur. Bizim məktəbimizdə də bu mövzuda bir sıra tədbirlər keçirilir. Bizim məktəbin şagirdləri N.Gəncəvi mövzularına həsr olunmuş inşa müsabiqəsində iştirak ediblər. Bu müsabiqənin qalibi 8”C” sinif şagirdi Vəliyeva Solmaz diplomla təltif edildi. Məktəbimizin dil-ədəbiyyat müəllimi Y.Qarayeva 8 “B” və 8 ”C” sinif şagirdləri ilə “Hikmət Xəzinəsi”-dahi Nizami mövzusunda açıq dərs keçirdi. Dərsdə şagirdlər N.Gəncəvinin əsərlərindən nümunələr söylədilər. Nizami sənətinin böyüklüyündən bəşəri ideyalar daşınmasından humanizimindən danışdılar. Dünya var olduqca Nizami sənəti ,Nizami sözü daim var olacaq, ürəklərdə yaşayacaqdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi