Son Zəng

Bütün təhsil müəssisələrində olduğu kimi 52 №li tam orta məktəbdə də “Son zəng” tədbiri keçirildi. Məktəbin direktor işlərini müvəqqəti icra edən Aydan Məmədova bu tədbirin bizim üçün ikiqat bayram olduğunu vurğuladı. Qarabağ uğrunda gedən döyüşlərdən qələbə əzmiylə çıxmağımızın hər bir kəsin ürəyində sevinc hissinin baş qaldırmasını xüsusən qeyd etdi. Məktəbin direktor müavini Nüşabə Ağamirova vətən sevgisini əks etdirən şeirlər söylədi, yaranmış çətinliklərə baxmayaraq, zəfər hissi səbəbindən məzunlarla birgə iki gündə hazırladıqları tədbirin çox uğurla baş tutduğunu və müəllimlər tərəfindən də təqdirəlayiq hesab olunduğunu qeyd etdi. Daha sonra müəllimlər bu şərəfli yolda onlara uğurlar arzuladılar.