Məktəbdə "28 may Respublika günü" nə həsr olunmuş tədbir keçirildi.

27 may 2016 cı il tarixində 6a sinif şagirdlərinin “28 may Respublika günü” nə həsr olunmuş hazırladıqları tədbir keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydan müəllimə, tarix müəllimi Dilbər müəllimə və məktəb kollektivi iştirak etdi. Tədbir dövlət himninin səslənməsi ilə açıldı. Məktəbin tarix müəlliməsi Dilbər müəllimə və şagirdlər Respublika günü haqqında geniş məlumat verdi. Şagirdlərdən Nərmin və Fatimənin ifasında bayram rəqsinə baxdıq.Şagirdlər “Azad Respublikamız” , Nəriman Həsənzadənin “Azərbaycan” şeiri, “Can Azərbaycan” gəraylısı, Mübariz İbrahimova həsr olunmuş Yusif Hüseynovun şeiri səsləndi, Şəmistan Əlizamanlının “Cənab leytinant”, “İgid əsgər”, mahnıları ifa olundu. Tədbir “And içirik” şeiri ilə tamamlandı. Tədbirdə 6a sinif şagirdi Həsənin mahnılarıda gitara ilə müşayət etməsi tədbir iştirakçıları tərəfindən xoş qarşılandı. Tədbirin sonunda məktəb rəhbərliyi və müəllimlər tədbir haqqında öz fikirlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi