Qalib şagirdimizMəktəbimizin VI "D" sinif şagirdi Novruzov Vaqif 26 İyun Silahlı Qüvvələrin yaranması Gününə həsr olunmuş idmançılar arasında keçirilən Turnirdə 38 kq çəki dərəcəsində I yer tutduğu üçün diplomla təltif olunub. Qalib şagirdimizi təbrik edir, yeni- yeni qələbələr arzu edirik.
Alanya Cup 2022 futbol turnirində I yer qazanmış şagirdimiz Məktəbin VIII "D" sinif şagirdi "Atletika Bakı" futbol komandasının üzvü Abbaszadə Ayhan Türkiyədə keçirilən " Alanya Cup 2022" futbol turnirində iştirak edərək I yer qazanmışdır. Ayanı təbrik edir, ona yeni nailiyyətlər arzu edirik !
Məktəb şagirdlərinin uğurlarıMəktəb komandası Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99- cu il dönümünə həsr olunmuş məktəblərarası velosiped yarışında iştirak edərək III yerə layiq görülmüşlər. Şagirdləri təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq.