Unutmarıq, unutdurmarıq

Məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Tofiqə Məcidova və kitabxana müdiri Hafizə Abdullayevanın birgə təşəbbüsü ilə Zəfər yolunda canını fəda etmiş, bayragına sarılaraq onu şirin canından üstün bilən, qəlbimizdə daim yaşayan şəhidlərimizin foto sərgisi keçirildi. “Unutmarıq, unutdurmarıq!” başlığı altında keçirilən bu sərgidə şəhadətə ucalan igidlərimizin fotoları nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.