"Məktəbimizdə Naxçıvan Ayı"
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək XX əsrin əvvəllərində baş verən siyasi hadisələr,Naxçıvan Muxtar Respublikasının yaradılması,Naxçıvanın qədim tarixi,etimologiyası,mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.Tədbirlər planına uyğun olaraq 17.12.2024-cü il tarixində C.Əskərova adına 50 nömrəli tam orta məktəbin tarix müəllimi Dursun Atakişiyeva Naxçıvan Muxtar Respublikasının tarixi,mədəniyyəti,incəsənəti,iqtisadi inkişaf səviyyəsi barədə şagirdlərə məlumat verdi və sənədli filmlər nümayiş olundu.