MƏKTƏBƏHAZIRLIQ QRUPUNDA İLK DƏRS GÜNÜ BAŞLADI

1 oktyabr 2024-cü il tarixindən C. Əskərov adına 50 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupu fəaliyyətə başladı. 5 yaşlı şagirdlərimiz həm həyəcan, həm sevinclə ilk dəfə məktəbə qədəm qoydular. Uşaqların üzündə sevinc hissi, məktəbə, müəllimə qarşı maraq hissi öz əksini tapmışdı. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Məktəbin direktoru Vəfa Məmmədova məktəbə ilk qədəm qoyan balaları və onların valideynlərini təbrik edib uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi