Avropa çempionumuz

Türkiyənin Antalya şəhərində keçirilən MUAİTHAİ döyüş növü üzrə Avropa çempionatında iştirak edən 8-ci sinif şagirdi Abdullayev Məhəmmədəli qızıl medal alaraq I yerə yüksəlmişdir.

 Bundan əlavə dekabr ayında Səbail məktəbliləri arasında keçirilən velosiped yarışlarında 8-ci sinif şagirdləri İsrəfilov Soltan, Əzizzadə Rüstəm, Kişiyev Əlövsət və 6- cı sinif şagirdi İsayeva Nuray komanda üzrə I yerə çıxmışlar.

 Nailiyyət qazanan şagirdləri təbrik etmək üçün tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, kollektivi və şagirdlərin valideynləri iştirak etdi. Kollektiv məktəblilərə gələcəkdə daha da böyük uğurlara imza atmalarını arzu etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi