“Təhlükəsiz Məktəb” - Maarifləndirici təlim

28 fevral 2024-cü il tarixdə məktəbdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “Təhlükəsiz Məktəb” Sosial Layihəsi çərçivəsində  maarifləndirici təlim keçirildi. Layihənin məqsədi, Ulu Öndər H.Əliyevin sözləri ilə deyilsə: “Bir hadisənin qarşısını almaq, onun nəticəsinin aradan götürməkdən daha asandır.”  Təlim zamanı şagirdlərə 
•    Əmək təhlükəsizliyinin əhəmiyyəti;
•    Ekolojı təhlükəsizliyi;
•    Qaz təhlükəsizliyi;
•    Yanğın təhlükəsizliyi;
•    Liftdən istifadə qaydaları;
•    Elektrik təhlükəsizliyi;
•    İlk yardım anlayışı mövzularında ətraflı məlumat və tədbiqi üzrə ilkin bacarıqlar barədə danışıldı. “Təhlükəsiz Məktəb” Sosial Layihəsinin əməkdaşları tərəfindən şagirdlərə sağlamlıq və ətraf mühitinin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları paylanıldı, sertifikatlar təqdim olundu.

Təlim şagirdlər  tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi