"Dahi şəxsiyyət"

10 may 2024-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar məktəbin tarix müəllimi S.İsmayılovanın təşkilatçılığı ilə 5 c sinif şagirdləri üçün "Dahi şəxsiyyət" adlı nümunəvi təşkilat saatı keçirildi. Dərs zamanı S.İsmayılova qəlbi daim vətən eşqi ilə döyünən, istiqlal yolumuzu nurlandıran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, ölkəmizin qüdrətlənməsində, xalqın rivahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi tövhələrdən danışdı.
Daha sonra şagirdlər dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyevin tarixdə və onların qəlbində əbədi olaraq qalacağından, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsini hər zaman böyük ehtiramla yad edəcəklərindən danışdılar.