"Peşə seçimi"

Yuxarı sinif şagirdlərində düzgün peşəyə yönəlmə,düzgün istiqamətin təyin olunması xüsusi ilə həssaslıqla yanaşmaya ehtiyac duyulan məsələdir. Bu məqsədlə məktəbdaxili görüşlərlə yanaşı digər müəssisələrdən peşəkar nümayəndələrin yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlərin keçirilməsi məqsədəuyğun hesab edilir. "Yeniləşən məktəb"layihəsi çərçivəsində IX-X sinifdə təhsil alan şagirdlər  üçün "Peşə seçimi"mövzusunda seminar təşkil edildi. Seminar Dərs Evi Tədris Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilib. Görüşdə şagirdlərə peşə seçiminə təsir göstərən amillər, doğru və eyni zamanda ənənəvi yanaşmalar müzakirə edildi. "Yeniləşən məktəb"layihəsi çərçivəsində seçilmiş şagirdlərlə peşə seçiminin müəyyənləşdirilməsinə xidmət edən sorğu keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi