"Fövqaladə hallar zamanı özünü necə aparmalı?”

Səbail rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik -leytenant Nazim Əkbərovun və həmin şöbənin əməkdaşı mayor Anar Nazıyevin iştirakı ilə R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseydə Mülki Müdafiəylə bağlı maarifləndirmə tədbiri keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, məktəbin texniki işçiləri və şagirdlər iştirak edib.

"Fövqaladə hallar zamanı özünü necə aparmalı?”, "Fövqaladə hallarla bağlı davranış qaydaları” mövzularında çıxışlar edilib, yanğın təhlükəsizliyi qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani nümayiş etdirilib.

FHN əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112” qaynar xətti” və s. mövzulardan geniş bəhs edilib.

Tədbirdə həmçinin təhlükəsizlik qaydalarını əks etdirən videoçarxlar nümayiş olunub.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi