“2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü”

Psixoloq Aysel Məmmədova ibtidai siniflərdə “ kitab ən yaxın dostumuzdur “mövzusunda kitab günü təşkil etdi. İstər məktəbdə istərsə də ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək : “ Kitablar sizi heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var. Qəhramanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyallarınıza qovuşacaq, dünyanı addım- addım gəzəcək, sevinəcək, kədərlənəcəksiniz. Bəzən həyatınız kitablardan solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən keçdiklərini görüb həyata daha artıq dəyər verəcəksiniz. Ən mühümü yaşamağı öyrənəcəksiniz. Çox vaxt bizə heç kimdən öyrənə bilmədiklərimizi kitablar öyrədir” .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi