“31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür!”

Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış "31 Mart Soyqırımı" tariximizin faciəli səhifələrindən biridir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Bu münasibətlə məktəb ktabxanasında kitabxana müdiri Cəfərova Mərziyə və kitabxanaçı Həsənova Günayın təşkilatçılığı ilə dəyirmi masa keçirildi. Bu dəyirmi masada tarix müəllimi Jalə Hüseynova şagirdləri soyqırım haqqında ətraflı məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi