"Valideyn-müəllim-şagird üçbucağı"

Bakı şəhəri R.Hüseynov adına 49 saylı "İntellekt" məktəb-liseyin 5d sinif şagirdləri "Valideyn-müəllim-şagird üçbucağı" adlı sosial layihə çərçivəsində Novruz bayramının ilk çərşənbəsi olan Su çərşənbəsini qeyd etdilər. Məktəb direktoru Elza Bağırzadə şagirdlərə Novruz təbriklərini bildirdi. Sinif rəhbəri Aytən Məmmədova şagirdlərə Novruz adət-ənənələrindən, Su çərşənbəsinin önəmindən bəhs etdi. Şagirdlərdən A.Nərgiz və D.Natəvanın valideynləri şagirdlərə Novruz atributlarından olan yumurta boyamağa köməklik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi