Bebras müsabiqəsinin məktəb turu
Bu gün məktəbimizdə Bebras müsabiqəsinin məktəb turu keçirildi.Hər il təqribən 400.000-dən çox şagird dünyanın bir çox ölkələrində Bebras müsabiqəsində iştirak edir.
Müəllimlər onların bu sahədə biliklərini qiymətləndirirlər. Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xaraketerli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin maraqlarını oyatmaqdır. Məsələlər elə formada tərtib olunur ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək şagirdləri qiymətləndirməklə aşkar etməkdir