HAQQIMIZDA

   

Bakı şəhəri 48 saylı tam orta məktəb 1976- ci ildə tikilib müəllim və şagirdlərin istifadəsinə verilmişdir.  Binanin Ümumi sahəsi 5221 kv.metirdir. Təhsil azərbaycan və rus dillərində aparılır.Məktəbdə ayrı-ayrı fənlər üzrə 64  müəllim  748 şagirdin təlim -tərbiyəsi ilə məşğul olur.  Tədris keyfiyyətinin daha da artırılması məqsədilə bütün müəllimlər kurikulum və İKT təlim kurslarından keçərək peşəkarlıq səviyyələrini artırmaqdadırlar. Məktəbdə fizika,kimya,biologiya kabinetləri fəaliyyət göstərir .  Məktəb əsaslı təmirdən sonra daha , da  inkişaf etdi və bu gün hər bir tədris otağı internetlə təmin olunub. Məktəbimizin coğrafiya müəllimi Yolçuyeva Simuzər Oruc qizi "İlin Müəllimi ","İlin kabineti"  müsabiqəsinin qalibi, Həydər Əliyev "Döş nişanı" əlaçısı və başqa diplomlarla təltif olunmuşdur. Məktəb 2020/2021-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsinə qoşulmuşdur. 2021/2022 -ci tədris ilində "STEAM" layihəsinə qoşulur. 2020/2021 ci tədris ilində 2 nəfər şagirdimiz 600- dən yuxarı (686 və 614)bal toplamışdır. Məzun olan 22 şagirddən 15 i tələbə adına qazanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi