Pedaqoji şura

12.09. 2024-cü il tarixində Xətai rayonu Ceyhun Həsənov adına 48 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması ilə əlaqədar pedaqoji şura keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Aynurə Bağırova 2023 -2024 –cü tədris ilinin yekunları barədə və 2024 -2025-ci tədris ilində qarşıda duran vəzifələrdən danışdı. Daha sonra məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Sədifə Hüseynova və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Solmaz Çobanovanın çıxışları dinlənildi. İclasda yeni dərs ilində qarşıda duran əsas hədəflər, bu ildən məktəbdə tətbiq olunacaq " Şagird davranış qaydaları", metodiki şura və fənn metodbirləşmələrinin təşkili, müəllimlər arasında dərs saatlarının, növbətçi müəllimlərin vəzifəsi, sinif rəhbərinin fəaliyyət planları barədə məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi. 2024- 2025-ci tədris ilində məktəb rəhbərliyi tərəfindən, təzə gələn müəllimlər kollektivə təqdim edildi. 

Pedaqoji Şura iclasının sonunda məktəbin direktoru Aynurə Bağırova müvafiq tapşırıq və tövsiyyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi