Yararsız materiallardan hazırlanan əl işləri

Məktəbin şagirdləri istifadəyə yararsız materiallardan yaratdıqları əşyalardan ibarət sərgi hazırlayıb, əl işlərini təqdim etdilər. Əvvəlcə şagirdlər əldə etdikləri biliklər haqqında məlumat verdilər və hazırladıqları işləri təqdim etdilər. Əsasən şüşə və plastik qablardan, kartondan, müxtəlif rəngli kağızlardan, parça qalıqlarından istifadə etdilər. Onlar bir daha məişət tullantılarının lazımsız əşyalar toplusu olmadığını öz yaratdıqları nümunələrlə sübut etdilər.

Bu tədbirin keçirilməsində məqsəd məişət tullantılarının ətraf mühitə təsiri və təkrar emalı yollarını, şagirdlərin əl işlərini, bacarıq və qabiliyyətlərini nümayiş etdirməkdir. Hər il ölkəmizdə 1,5 milyon tona yaxın istehsalat və məişət tullantıları yaranır, həmin tullantılardan 20% - i təkrar emal edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi