“İnsan hüquqları aylığı” ilə əlaqədar olaraq məktəbdə “Dəyirmi masa” keçirildi

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

    Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilir.

    Bununla əlaqədar, aylıq çərçivəsində dövlət qurumlur, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında mayın 23-də məktəbdə “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da məktəbin direktoru Sevinc Budaqova, Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva, 9,10,11-ci sinif şagirdləri iştirak edirdilər. “Dəyirmi masa” nın məqsədi şagirdləri insan hüquqlarının mahiyyətinin və məzmununun açıqlanmasına, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxarmağa yönəltmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaq olmuşdur. İradə xanım ölkəmizdə bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” haqqında danışıb insan hüquqları barədə ətraflı məruzə ilə çıxış etdi.

     Məktəbin direktoru insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə danışmışdır.

    “Dəyirmi masa”da mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb. Milli Fəaliyyət Proqramında normativ hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik, maarifləndirmə və insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə tədbirlərin keçirilməsinin vacibliyi və əhəmiyyəti məsələləri müzakirə edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi