"Yaşıl Dünyanı Qoruyaq!" adlı tədbir keçirildi

 Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.

 Məktəbimiz bu mövzunu işıqlandırmaq məqsədilə "Yaşıl Dünyanı Qoruyaq!" adlı tədbir təşkil etdi. 2 C sinif rəhbəri Ofeliya Xasayeva, 3 Ç sinif rəhbəri Nuridə Xanmirzəyeva, musiqi müəllimi Kəmalə Qədimovanın təşəbbüsü ilə keçirilən tədbir məktəbin akt zalında təşkil olundu.

 Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Uşaq Qaynar Xəttinin rəhbəri, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Aşumova, Nəsimi Rayon İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, Nəsimi Rayon Yeni Azərbaycan Partiyasının sədri Azər Süleymanov, Nəsimi Rayon Həmkərlar İttifaqının sədri Reyhan Ocaqova iştirak etmişdir.

 İlk öncə tədbirin məqsədini çatdırmaq üçün mövzuya uyğun videorolik nümayiş olundu və şagirdlər səhnəyə çıxdılar. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir açıq elan olundu. Balacalar ilk öncə "Ekoloqların himni", "Bizim torpaq", "Mənim vətənim" mahnılarını oxudu, "Yaşıl meşəni kim xilas edəcək?" adlı kiçik səhnəcik nümayiş etdirdi və şeirlər səsləndirdilər.

 Tədbirin sonunda söz məktəbin direktoru Sevinc Budaqovaya verildi. Cop 29-la bağlı ətraflı məlumat verən Sevinc Budaqova tədbirin keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirərək sözü gələn qonaqlara verdi. İlk öncə Nəsimi Rayon İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva çıxış edərək dəvət üçün Sevinc Budaqovaya və balacalar minnətdarlığını bildirdi. Ardınca isə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Uşaq Qaynar Xəttinin rəhbəri, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Aşumova da çıxış edərək hər kəsə təşəkkürünü bildirdi.

 Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi