Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri məsələrinə diqqətlə yanaşırıq
Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır. Bu məsələni diqqətdə saxlamaq məktəb rəhbərliyinin 1-ci vəzifələrindəndir.
Təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarəti gücləndirərək və mütəmadi olaraq çantalara baxış keçirərək bu məsələni diqqətdə saxlayırıq.
Bu məqsədlə məktəbin direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri, psixoloqu fərqli siniflərdə çantalara baxış keçirmiş, məktəbə gətirilməsi qadağan olunan bir neçə vasitəni şagirdlərdən götürmüş, şagirdlərlə və valideynlərlə profilaktik söhbətlər aparmış və təhlükəsiz mühitin pozulmaması üçün tövsiyyələrini vermişdilər.