10-cu siniflərdə Azərbaycan dili dövlət dili kimi fənni üzrə monitorinq keçirildi
25 oktyabr tarixində 10-cu siniflərdə Azərbaycan dili dövlət dili kimi fənni üzrə monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin mətni mənimsəməsi, mətindəki söz və ifadələrin üslubi xüsusiyyətlərinə görə fərqləndirməsi, mətnin tərtibat formasına uyğun yazılış və durğu işarələri qaydalarına əməl etməsi, ədəbi dilin normalarının yerinə yetirilməsi, nitqdə dil vahidlərindən məqsədyönlü istifadə edilməsi bacarıqlarını yoxlamaqdır.