Bu gün Qubadlı Şəhəri Günüdür

 Vətən müharibəsinin 29-cu günü - 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub.

 Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən Qubadlı şəhərinin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

 9 C sinfində tarix müəllimi Esmira Zaynutdinovanın təşəbbüsü ilə Qubadlı Şəhəri Günü münasibətilə dərs keçirildi. Şagirdlərə Qubadlı rayonunun relyefi, ərazisi, təsərrüfatı, işğal tarixi, müharibənin acı fəsadları, müharibənin gedişatında dönüş nüqtəsi, ordumuzun peşəkarlığı, işğaldan tamamilə azad olunması barədə geniş məlumat verildi.

 Şagirdlər isə öz növbəsində təqdimatlar hazırlamış, mövzuya aid rəsmlər çəkmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi