“Yol Polisinə dəstək” mövzusunda viktorina keçirildi

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.05.2020-ci il tarixli 230s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin
təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq məktəb daxilində yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş viktorina keçirildi. 
 Viktorinanı məktəbin 10 B sinfinin fəal şagirdləri 4 A sinfində keçirdilər. 25 sualdan ibarət olan yarışda sinif 4 qrupa bölündü və komandalar şəklində suallar cavablandırıldı. Eyni xalda olan komandaların müəyyən olunması istiqamətində isə qalib müəyyənləşənədək suallar ünvanlandı, ilk cavab verən komanda qalib oldu. Qalib komanda üçün isə təşəkkürnamələr tərtib olunaraq  şagirdlərə təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi