18 oktyabr- Müstəqilliyin bərpası günüdür

 XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 33 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.

 8 A sinfində sinif rəhbəri İradə Ağayevanın təlimatları və uşaq birliyi rəhbəri Süsən Məmmədovanın təşəbbüsü ilə "18 oktyabr- Müstəqilliyin bərpası günüdür" adlı dərs keçirildi. Dərsdə şagirdlər təqdimatlar hazırlayaraq çıxışlar etdilər. İradə Ağayeva təqdimatları dinləyərkən bəzi məqamlara daha ciddi toxunaraq, daha ətraflı məlumatlar verdi və sonda şagirdlərə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi