Şagird davranış qaydaları haqqında söhbətlər aparıldı
Siniflərdə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə əlaqədar söhbətlər aparıldı. Uşaq birliyi rəhbəri Süsən Məmmədova fəaliyyət planında əksini tapan ibtidai siniflərdə "Məktəbdə özünüzü necə aparmalısınız?" mövzusuna toxundu. Söhbət əsasında məktəbdaxili davranış qaydaları, davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, etik davranış, qayda pozuntularının səviyyələri, korreksiyaedici tədbirlər, rəğbətləndirmə tədbirləri haqqında məlumatlar verdi, şagirdlərlə müzakirələr apardı.