27 sentyabr - Anım Günüdür

 Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Məktəbimizdə də Anım Gününü qeyd olundu.

 27 sentyabr Anım Günü münasibəti ilə məktəbin foyesində ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova, Azərbaycan dili müəllimləri Kəmalə Cəfərova, Fatma Quliyeva, İlhamə Paşayeva, kitabxanaçı Təzəgül Məmmədova, məktəbin 6 Ç və 4 C sinif şagirdləri iştirak edirdi. 6 Ç sinif şagirdləri sinif rəhbərləri Leyla Cumayevanın təşəbbüsü ilə hazırlaşaraq mahnılar ifa etdi, şeirlər söylədi və çıxışlar etdilər. 7 A sinif şagirdi Arif Rəhimli "44 Gün" mahnısını ifa edərkən digər şagirdlərin xorla mahnını müşayət etməsi zamanı gözlərinindəki qürur hissi aydınlıqla oxunurdu. 6-cılər şeirlərində, hazırladıqları çıxışlarında Qalib Azərbaycan xalqının nümayəndələri olmaqları ilə fəxr etdiklərini hiss etdirirdilər.

 Tədbirin sonunda çıxış edən direktor müavini Aidə Quliyeva, Azərbaycan dili müəllimləri Kəmalə Cəfərova, İlhamə Paşayeva, direktor Sevinc Budaqova öz növbələrində Müzəffər Ali Baş Komandana bizə yaşatdığı bu qürur dolu günlər üçün təşəkkürlərini bildirdi, həmçinin tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıq etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi