Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. O, Azərbaycan ədəbiyyatı tarixində jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır.

İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev də kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir. Cəmiyyətdə mütaliə mədəniyyətini formalaşdırmaq prosesinə ilk növbədə ailələrdə və məktəblərdə uşaqların mütaliə həvəsini yüksəltmək üçün işlərdən başlamaq lazımdır. Bu məqsədlə məktəbin 7A sinif şagirdləri ilə ədəbiyyat müəllimi İlhamə Paşayeva şagirdlərin mütaliəyə həvəsinin artırılması məqsədi ilə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yoluna həsr olunmuş dəyirmi masa təşkil etdi. Kitabxanada təşkil olunmuş tədbirdə şagirdlər hər biri ayrılıqda "Poçt qutusu", "İki alma", "Danabaş kəndinin məktəbi", "Rus qızı", "Fatma xala", "Saqqalı uşaq", "Yuxu", "Qurbanəli bəy", "Buz" kimi əsərləri müzakirə etməklə bir-biriləri ilə fikir mübadiləsi yürütməklə yanaşı, həyatı haqqında müzakirələr apararaq isə daha çox məlumatlara yiyələnmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi