Zəfər günü

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü məktəbimizin akt zalında təntənəli şəkildə qeyd olundu. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfər günü bir əsrin hüdudlarına sığmasada məktəbin şagirdləri və pedoqoji kollektivi bacardıqları qədər o günləri səhnədə yaşatmağa çalışdılar. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.Tədbir dövlət bayrağının səhnəyə gətirilməsi ilə açıq elan olunudu. Şagirdlərin öz ifaları ilə dövlət himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Ali Baş Komandanın qalibiyyət çıxışı göstərildi. Ardınca 4C və 6C sinif şagirdlərinin ifalarında şeirlər səsləndirildi, musiqilər oxundu, rəqslər nümayiş olundu. Bu şərəfli gün münasibəti ilə məktəbimizə şərəfli qonaqlar təşrif buyurmuşdu. 5 nəfər şəhidimizin anası-Ceyhun Useynovun anası Kəmalə xanım, Əbil Cəbizadənin anası İradə xanım, Səmid Əliyevin anası Əsmər xanım, Abdulla Əhmədovun anası Validə xanım, Əlizamin Mustafalının anası Ülviyyə xanım tədbirimizdə iştirak edərək məktəbimizi qürurlandırdılar. Hər bir anamız səhnəyə çıxaraq ürək sözləri, şagirdlərə təşəkkürlərini bildirdilər. Ülviyyə xanım isə şəhid oğlunun ən sevdiyi şeiri səsləndirərək tədbirdə iştirak edən hamını kövrəltdi. Direktor Sevinc xanım da öz növbəsində 44 günlük zəfər yolu haqqında çıxış edərək təsüratlarını iştirakçılarla bölüşdü. Tədbirin sonunda Sevinc xanım kollektivdə yubileyini qeyd edən həmkarlarını Fəxri Fərmanlarla təltif etdi və tədbiri ərsəyə gətirməkdə əməyi keçən hər bir kəsə dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi