7-dən 17-yə vətənpərvər!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən məktəbimizdə “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində Anım günü və Zəfər Günü ilə bağlı tədbirlərin təşkili fəaliyyətinin “ekskursiyalar” hissəsini əsas tutaraq məktəbin tarix müəllimi Yeganə Ağayeva 10A sinif şagirdləri ilə birgə Hərbi Qənimətlər parkına ekskursiya təşkil etdilər. Orada şagirdlərə parkdakı  avadanlıqları əyani nümayiş etdirərək neçə canlar bahasına oraya gətirildiyi haqqında geniş məlumat verildi. Sonda bizi zəfərə qovuşduran yolda şəhid olmuş əsgərlərimizə, qəhrəman qazilərimizə, müzəffər ordumuza və Ali Baş Komandan İlham Əliyeva minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi