Anım günü

Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədi ilə Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən Anım Günü müharibənin başlandığı gün-sentyabrın 27-də keçirilir.  Bu səbəbdən 2 ildir ki, məktəbimizdə hər sentyabr ayının 27-i Anım gününə həsr olunmuş tədbirlər, dəyirmi masalar, ağacəkmə aksiyaları keçirilir. Bu il də məktəbimizdə Anım gününə həsr olunmuş tədbir məktəbin foyesində 1-ci dərs keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açdıqdan sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra direktor S.B.Budaqova bu şərəfli zəfər yolunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlardan, onların keçdikləri ağır yollaradan, zəfərə çatmaq üçün, düşmən tapdağı altında olan torpaqlara qovuşmaq üçün qorxusuz vuruşmaqlarından söz açdı. Foyedə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu, stendlər qurularaq qəhrəmanlarımız haqqında kitablar düzüldü. 
Həmçinin bütün siniflərin 1-ci dərsi Anım gününə həsr olundu. Hər bir sinifdə şəhidlər üçün guşələr yaradılaraq qarşısına qərənfillər qoyuldu, divar qəzetləri hazırlandı.
 Məktəbimizin 8-ci sinif şagirdləri tarix müəllimi Ağayeva Yeganə, musiqi müəllimi Cumayeva Leyla, Azərbaycan dili müəllimi Paşayeva İlhamə, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyevanın müşayiəti ilə şəhidlər Babayev Elvin və Əhmədov Səbuhinin evlərini ziyarət etdi, şəkilləri qarşısına qərənfillər qoydular. Müəllimlər onlar haqqında bildikləri məlumatları şagirdlərlə bölüşərək, onların necə qəhrəman insanlarla eyni torpağa ayaq basmaqlarının qürürundan bəhs etdilər.
Daha sonra məktəbin foyesində şəhid Ceyhun Useynovun stedninin qarşısında 5A və 7B sinif şagirdlərinin hazırladıqları “Şəhid qardaşım” adlı mahnı səsləndirildi. Tədbirdə həmçinin tarix müəllimi Ağayeva Sevin çıxış edərək İkinci Qarabağ müharibəsi haqqında şagirdlərə daha ətraflı məlumat verdi. 9A sinif şagirdi Həşimov Mirağa da Anım günü haqqında özünün hazırlaığı ESSE ilə çıxış etdi.  
Son olaraq məktəbin həyətində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirildi. Məktəbin 5, 6, 7, 9-cu sinif şagirdləri aksiyada yaxından iştirak edərək bir neçə ağac və  gül kollarını məktəbyanı sahəyə əkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi