Nəsimi rayon İcra hakimiyyətində yüksək bal toplayan məzunlarla görüş

Bu gün Nəsimi rayon icra hakimiyyətində  Nəsimi rayonu ərazisində yerləşən təhsil müəssisələrinin rəhbərləri, buraxılış  imtahanlarından 600-dən çox bal toplayan şagirdlər və onların valideynləri ilə görüş keçirildi. Məktəbimizin iki məzunu - Abdullayev Azad Fərhad oğlu və Rəhimli Rufina İlyas qızı onların arasında idi. Tədbirin əvvəlində Nəsimi rayon İcra hakimiyyətinin başçısı  görüş iştirakçılarını Laçın rayonu Zabux və Sus kəndlərində Azərbaycan ordusunun yerləşməsi münasibəti ilə təbrik etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə və onunla birlikdə çalışan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər haqqında məlumat verdi. 2021-2022-ci tədris ilinin yekunları, 2022-2023-cü tədris ilinə hazırliq barədə danışdı.
Görüşdə məktəbimizin direktoru S.B.Budaqova  çıxış edərək  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tərəfindən təhsilə göstərdiyi xüsusi qayğıya, direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələrin edilməsinə görə təşəkkürünü bildirdi, məzunlarımızı təbrik etdi və onlara uğurlar arzuladı.
Sonda Nəsimi rayon İcra hakimiyyətinin başçısı  600-dən çox bal toplayan  məzunları təbrik etdi və onlara  hədiyyələr verdi.  Az təminatlı ailələrdən olan şagirdlər isə məktəbli  forması ilə təmin olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi