Yay məktəbinin təşkil olunması

BTŞİ-nin 13.06.2022-ci il tarixli F-219 nömrəli əmrini əsas tutaraq təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədi ilə 16-30 iyun tarixlərində məktəbimizdə yay məktəbi təşkil olunmuşdur. Yay məktəbində 13 şagird olmaqla 3 sinif- 1-10-cu sinif şagirdləri arasında ödənişsiz və könüllü əsaslarla təşkil olunmuşdur. Yay məktəbində iştirak etmək istəyən şagirdlərin valideynləri 13 iyun tarixinə qədər ərizə ilə rəhbərliyə müraciət etmişdir. Dərslər minimum 3 nəfər şagird olmaqla təşkil olunmuş, 3 nəfərdən az olduqda isə paralel və ya yaxın siniflərlə birləşdirilmişdir. 2-4-cu siniflərdə tədris həftədə 5 dəfə olmaqla 3 saat, 5-10-cu siniflərdə isə 3-4 saat həyata keçirilir. 1-4-cü siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənnlərinə, 5-10-cu siniflərdə fənn müəllimlərinin həftəlik dərs yükünü aşmamaq şərti ilə tədris dili, riyaziyyat, xarici dil fənnlərinə verilmişdir. Həmçinin ekskursiya, muzey dərsləri və onların əsasında fənnlərarası inteqrasiyanı təmin edən fəaliyyətlər həyata keçirilir. Məşğələlərdə təhsilalanlara müvafiq fənnlər üzrə zəruri bilik və bacarıqlar verilir, bölmələr üzrə ümumiləşdirmələr aparılır, kompleks mövzular üzrə tapşırıqlar işlənir. İbtidai təhsil səviyyəsində təşkil olunmuş qruplarda oyun əsaslı öyrənməyə üstünlük verilir, sosial-emosional inkişafı dəstəkləyən təlim metodlarından istifadə olunur. Asudə vaxtlarda isə şagirdlərin əl işləri nümayiş olunur, istedadlı şagirdlər tərəfindən mahnılar səsləndirilir, rəqslər edilir, şeirlər söylənilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi