Nizami Gəncəvi yaradıcılığında multikulturalizm və tolerantlıq

   Azərbaycanda multikultural həyat tərzinin qədim tarixi və böyük ənənələri var. Ən qədim zamanlardan bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri birgə yaşamış, burada dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti formalaşmışdır. Bu, Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid örnəklərində də özünün parlaq bədii əksini tapmışdır.

   Bu baxımdan 46 nömrəli tam orta məktəbin şagirdləri “Nizami Gəncəvi ili” çərçivəsində 1141-1209-cu illərdə yaşamış məşhur və müdrik Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığında multikultural dəyərlər mövzusunda onlayn  təqdimatlar hazırlamışlar.  8ç sinif şagirdi Bağırova Sofiya öz təqdimatında bildirir ki, dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” poeması multikultural ideyalar əsasında yazılmış möhtəşəm sənət nümunəsidir. Ümumiyyətlə, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün yaradıcılığı humanist ideyalar üzərində bərqərar olmuş, multikultual dəyərlər, tolerantlıq, dini dözümlülük kimi dəyərlər müstəsna əhəmiyyət kəsb etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi