Fransanın Azərbaycandakı səfiri cənab Zakari Gross məktəbimizdə qonaq oldu

     Fevralın 12-də Fransanın Azərbaycandakı səfiri cənab Zakari Gross, Fransa İnstitutunun direktoru Maurice Rufin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tural Əhmədov məktəbimizdə qonaq oldular. Məktəb ilə yaxından tanış olandan sonra, qonaqlar konfrans zalında təşkil olunmuş tədbirdə iştirak etdilər. Tədbirdə həmçinin məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Lalə Ələkbərova, Gülnarə İsmayılova, məktəbin fənn müəllimləri və şagirdlər iştirak etmişdilər. Tədbir məktəbin 7 “C” sinif şagirdi olan Abgül Balayevin ifasında fransız dilində səslənən M.Maqovayevin “Azərbaycan” mahnısı ilə açıq elan olundu. Şagirdlər fransız dilində şeirlər, mahnılar söylədilər.

    Məktəbin fransız dili müəllimləri Zabitə Quliyeva, Sevda Əbdürrəhmanova və Könül Rzayeva çıxış edərək, fransız dilində qonaqları salamladılar, məktəb haqqında ətraflı məlumat verdilər, səfirin maraqlandıran sualları cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova, Fransa səfirliyinin səfiri Zakari Qros çıxış edərkən öz təşəkkürlərini bildirdilər, Fransa və Azərbaycan məktəblərinin dostluq əlaqələrindən danışdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi