Məktəbimizin 4C sinif şagirdi Əliyev Fərid 2021ci ilin mart ayından Braziliya Jiu-Jitsu idman növü ilə məşğul olur. Yerli çempionatlarda iştirak edərək 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanmışdır. Həmçinin ölkə hüdudlarından kənarda da uğurlarını davam etdirərək BƏƏ-nin Al-Ain şəhərində keçirilən festival çempionatında 1-ci yerə layiq görülərək qızıl medal qazanmışdır. 2022-ci ilin noyabr ayında BƏƏ-nin Abu-Dhabi şəhərində keçirilən Dünya çempionatında 34 kiloqram çəki və ağ kəmər dərəcəsində iştirak edərək hesabına daha bir qızıl medal əlavə edərək Dünya Çempionu adına layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının və nəaliyyətlərinin davamını arzu edirik.
Məktəbimizin 8 C sinif şagirdi Abbas Əliyev idmanın kikboksinq növü üzrə bir sıra şəhərlərarası, ölkədaxili və beynəlxalq yarışlarda iştirak edərək, ölkəmizi təmsil etmiş, diplom, medal və kəmərlərə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, uğur və nailiyyətlərinin davamını arzulayırıq.