Gənclər Mərkəzinə Ekskursiya

Bakı şəhər C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin şagirdləri Sabunçu Gənclər Mərkəzinə ekskursiyada oldu. Mərkəzdə gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramların həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Gənclər Mərkəzində Heydər Əliyev Muzeyinin yaradılması Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğində və öyrənilməsində mühüm rol oynayır. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar var. Gənclər Mərkəzində virtual atıcılıq otağı, foto və poliqrafiya studiyaları, fortepiano və rəqs zalları yaradılıb. Burada, həmçinin kiçik konfrans zalı, Gənclər kafesi, virtual sinif, kompüter, xarici dil kursları və linqafon, rəsm, intellektual oyun və şahmat otaqları da mövcuddur. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi