Türkmənçay Müqaviləsi ilə bağlı maarifləndirici dərs
Bu gün məktəbimizdə UBR Ş. Qələndərova və tarix müəllimi A. Səlimovanın təşkilatçılığı ilə 197 il əvvəl imzalanmış Türkmənçay müqaviləsinin nəticələrinə həsr olunmuş maarifləndirici dərs keçirildi. Dərsdə şagirdlərə müqavilənin tarixi əhəmiyyəti, onun doğurduğu siyasi və coğrafi dəyişikliklər, eləcə də Azərbaycanın bölünməsi ilə bağlı mühüm faktlar izah olundu. Müzakirələr zamanı müəllimlər şagirdlərin suallarını cavablandıraraq mövzunun dərinliyinə varmalarına şərait yaratdılar. Dərsin əsas məqsədi şagirdlərdə tarixi yaddaşın formalaşdırılması və milli şüurun gücləndirilməsi idi.