İnsan Hüquqları Günü
Respublikamızda iyun ayının 18-i “İnsan Hüquqları Günü” kimi təsdiq olunub. Bununla bağlı 18 may-18 iyun ölkəmizdə “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur. Məktəbimizin tarix müəllimi Zəminə Hüseynova bu münasibətlə şagirdlərlə birlikdə dəyirmi masa təşkil edib. Bildirib ki, insan haqları demək olarki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilib. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Sonda şagirdlər onları maraqlandıran sualları müzakirə edərək fikirlərini bölüşüblər.