"Bitki və heyvanların yaşayış mühiti"

  06.04.2024-cü il tarixində məktəbimizin 6A və 8B sinif şagirdləri coğrafiya müəllimi Sevinc Mahmudovanın rəhbərliyi ilə "Canlı aləm təbəqəsi" və "Bitki və heyvanların yaşayış mühiti" mövzusunda Bakı Zooloji Parkına ekskursiya ediblər. Şagirdlər çox geniş əraziyə malik olan parkda yaradılmış təbii mühitlə, nadir heyvanların qorunması, qidalanması, saxlanılması haqqında ətraflı, əyani məlumat əldə etdilər. Onlar Azərbaycanın nadir faunası, "Qırmızı kitab"a daxil olan heyvanlarla tanış oldular. Şagirdlər gəzintidən xoş təəssüratla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi