"Novruz Ənənələri" adlı möhtəşəm tədbir

  15.03.2024-cü il tarixdə 329 nömrəli tam orta məktəbin həyətində "Novruz Ənənələri" adlı möhtəşəm tədbir keçirilib .Tədbirdə 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmanquliyev, Səbail rayon gənclər və idman  sektorunun müdiri Zamin Əhmədov ,müəllimlər və şagirdlər iştirak ediblər.
İlk öncə tədbirdə  Novruz adət-ənənələrini canlandıran və müxtəlif bölgələrimizi tərənnüm edən guşələrə baxış keçirilib.
Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib ,haxışta söyləyib, qədim adət-ənənələrimizi əks etdirən səhnəciklər göstərib və digər bacarıqlarını nümayiş etdiriblər.
Daha sonra Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl  gələrək öz məzəli oyunlarını nümayiş etdirib, məktəb rəhbərliyi ilə yumurta da döyüşdürüblər. 
Keçəl,kosa və Bahar qızının gəlişi  iştirakçıların marağına səbəb olub.
Məktəbin direktoru Elnur Mirzəyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb,bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə  təbrik edib.
Sonda bayram tonqalı qalanıb və bir sıra müəllim kollektivi  Yallı gediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi