“1 Mart – Ümumdünya  Mülki  Müdafiə Günü”

 2024-cü il martın 1-də məktəbimizdə “1 Mart – Ümumdünya  Mülki  Müdafiə Günü”nə həsr edilmiş maarifləndirici tədbir keçirildi.
Tədbirdə məktəbimizin müəllim heyəti və şagirdləri iştirak edirdilər. 
Tədbirlərin keçirilməsində məqsəd Mülki  Müdafiə qoşunları  gününün yaranma tarixi , Mülki  Müdafiənin təşkil , xüsusiyyətlərindən asılı olaraq   mülki müdafiənin əsas vəzifələri və Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələri barədə tədbir iştirakçılarına müvafiq biliklərin verilməsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
Daha sonra  Ümumilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu İskəndərova tədbiri açaraq Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın Respublikasının bu təşkilatda rolu ,  hər il bir mövzuya həsr edilməsi barədə tədbir iştrakçılarına ümumi məlumat verdi.Çıxışının sonunda tədbir iştirakçılarına bu ilki mövzunun “ Mülki müdafiə sahəsində innovativ texnologiyalar “ olduğunu elan etdi.
Məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Ramil İsmayılov tədbir iştirakçılarına Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması, mülkü müdafiənin məqsədi və maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, Beynəlxalq  Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən  etibarən  hər il martın 1-i  bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur. Hazırda Beynəlxalq  Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.  Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yolları haqqında geniş  məlumat verdi. 
Sonra tədbir hərbi rəhbər Ramil İsmayılovun hazırladığı “ Mülki müdafiə sahəsində innovativ texnologiyalar ” mövzusunda təqdimatı ilə davam etdirildi.
Tədbirin sonunda məktəbin hərbi rəhbəri Ramil İsmayılov tədbir iştirakçılarının və şagirdlərin suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi